Çərşənbə , Sentyabr 23 2026
azfa

Azərbaycan hərbçiləri Türkiyə qüvvələri ilə birlikdə Kabil hava limanını mühafizə edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi qardaş Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanda Kabil beynəlxalq hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrini davam etdirir.

Bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, daimi əsasda sülhməramlılarımızla əlaqədəyik və şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir.

Qardaş Türkiyə ilə əlaqələndirilmiş şəkildə operativ vəziyyət yaxından izlənilir.

Həmçinin yoxlayın

ABŞ İranın blokadanın ləğvi tələbini rədd edib

GADTB: “Əl-Ərəbiyyə” kanalı iki ölkənin nümayəndə heyətlərinin Nyu-Yorkda keçirilən görüşündə iştirak edən amerikalı mənbəyə istinadla …

SEPAH müşavirləri Qırmızı dəniz sahillərinin ələ keçirilməsi zamanı husilərin yanında olublar

GADTB: Associated Press çərşənbə günü, 1 Mehr 1405-ci ildə (23 sentyabr 2026) məlumatlı mənbələrə istinadən …