Çərşənbə , Oktyabr 21 2026
azfa

GADTB başqanı Əjdər Tağızadənin Füzuli və kəndlərinin azad edilməsi münasibətilə təbrik mesajı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbacan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə Gəncədə erməni terrorçularının sivil əhalini hədəf alıb uşaqları öldürməsini pisləməklə Azərbaycan ordusunun Füzuli şəhəri və daha 7 Azərbaycan kəndini erməni işğalından azad etməsi münasibətilə Azərbaycan dövləti, Azərbaycan türk milləti və dünya türklərini təbrik edib.

Sayın Əjdər bəyin təbrik mesajının bir hissəsində bildirilir ki, erməni terrorçu və cinayətkarları rus və fars canilərinin hər tərəfli köməyilə Gəncədə törətdiyi cinayət bəşəriyyətə qarşı hərbi cinayətdir və bu cinayəti pisləməklə yanaşı şanlı Azərbaycan ordusunun vətənimizin işğal edilmiş ərazilərini erməni işğalından azad etməsini sevincə qarşılayıb, bu münasibətlə Azərbaycan dövləti, Azərbaycan türk milləti və Türk Dünyasını təbrik edirik.

Rus, fars və erməni könüllərini humanitar atəşkəslə xoş edib və Azərbaycan torpaqlarının daha bir neçə onillik işğalda qalmasına nail olmaq istəyirdilər. Lakin Azərbaycanın müzəffər ordusu erməni işğalçılarına və onların cinayətkar hamilərinə layiqli cavab verməklə Azərbaycanın işğal altında olan ərazilərini azad etməyə davam edir.

Yaşasın Azərbaycan ordusu!

Qarabağ Azərbaycandır!

Əjdər Tağızadə

Güney azərbacan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …

Bir cavab yazın