GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin “Həmşəhri” qəzeti Güney Azərbaycanın Traxtur komandasına və azərbaycanlı tərəfdarlara qarşı hücumu Güney Azərbaycanda etirazlarla qarşılaşıb.
İrqçi rejimin qəzetində “Nə üçün Traxturu sevmirik?” başlıqlı məqalə ilə Rəsul Behrəveş “Traxtur” tərəfdarlarını nadan və fürsətçi adlandırıb. O komanda tərəfdarlarının milli şüurunu suala altına alaraq onların “Azərbaycan var olsun” şüarını sərt bir dillə pisləyib.
Lakin Azərbaycan türk millətinin haqlı etirazı onları geri oturmağa məcbur edib. Nəticədə irqçi rejimin həmin qəzeti bu dəfə “Həmşəhri” qəzeti “Nə üçün Traxturu sevirik?” başlıqlı məqalə dərc etməyə və Tirxturun müsbət cəhətləri və azərbaycanlı tərəfdarların yüksək düşüncə və dünya görüşündən yazıb.