Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Güney Azərbaycanın Astara şəhərində etiraz aksiyası keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Astara şəhərində etiraz aksiyası keçirilib. Etirazçılar Gilan vilayətinin Yol və Şəhərsalma İdarəsinin qarşısına toplaşıblar.

Astara sakini olan azərbaycanlı etirazçılar Gilan vilayətinin Yol və Şəhərsalma İdarəsinin önünə toplaşaraq evlərinin sökülməsinə etiraz ediblər.

Onlar daha öncə İranın Kənd Təsərrüfatı Nazirliyi və başqa səlahiyyətli qurumlarının rəsmi sənədi ilə aldıqları evlərin Kənd Təsərrüfatı, Yol və Şəhərsalma Nazirlikləri arasında yaranan ixtilaf nəticəsində söküldüyünü bildiriblər.

Etirazçı əhalinin nümayəndələri mediaya açıqlamasında deyiblər: “Dövlət qurumları torpaqları bizə satıb və qarşılığında təyin edilən məbləği alıblar. İndi əlimizdə dövlət qurumları tərəfindən verilən sənədin olmasına baxmayaraq evlərimiz dağıdılır”. 

Çarəsiz qalan etirazçılardan 2 nəfəri hətta rejimin cinayətkar rəhbərlərinin posterini də götürüblər ki, heç olmasa onları dövlətə qarşı etirazda günahlandırmasınlar.

Həmçinin yoxlayın

Vəhidə Kərimi: Şəxsi telefonum və “Instagram” hesabım hələ də təhlükəsizlik qüvvələrinin əlindədir

GADTB: Azərbaycanlı fəal Siyamək Mirzəinin həyat yoldaşı Vəhidə Kərimi özünün “Instagram” səhifəsində paylaşım edərək bildirib …

Traxtur klubu irqçi təhqirlərə rəsmi etiraz etdi

GADTB: Azərbaycanın Traxtur futbol klubu “NO TO RACISM” (“İrqçiliyə yox!”) yazısı olan görüntünü rəsmi Instagram …