GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi və işğalçı fars rejimin ayrıseçkilik və müstəmləkə siyasəti nəticəsində Güney Azərbaycan şəhərləri, o cümlədən Urmiya şəhərində əhalinin təxminən yarısı şəhər kənarında gecəqondularda yaşayır. Bu acınacaqlı vəziyyət artıq bəzi millət vəkilləri və rejimə bağlı rəsmilər tərəfindən də etiraf edilir.
Urmiyanın millət vəkili Nadir Qazipur rejimin İSNA Xəbər Agentliyinə müsahibəsində bu acınacaqlı duruma etiraf edərək deyib: Urmiyalıların 50 faizi şəhərkənarı gecəqondularda yaşayır.
O bildirib ki, şəhərkənarında yaşayan insanlar cəmiyyətin aşağı gəlirli təbəqəsi və əsasən işçilərdirlər. Həmin bölgənin sanitar, sosial və mədəni problemlərinin həlli zəruridir.
Qazipur Urmiyanın şəhərkənarı hissəsində xüsusilə işsizlik probleminin böyük bir problemə çevrildiyini bildirib.