GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Respublikasında bir qrup azərbaycanlı fəal Qaraqışlaq etirazlarına dəstək məqsədli divarlara vərəqələr yapışdırıblar.
Dünən Bakıda bir qrup azərbaycanlı fəal Güney Azərbaycanda “Birləşək” həştəqi ilə vərəqələr paylayıb və Salmas şəhərinin Qaraqışlaq kəndinin sakinlərinə dəstək veriblər.
Azərbaycanlı fəallar Bakı küçələrində kəfən geymiş Qaraqışlaq sakininin şəkli, türk şairi və türk poeziyasının banisi Tofiq Fikrətin “Millət Şarkısı” adlı şeirindən bir parça yazılmış vərəqələri paylayıblar.
Vərəqələrdə biləklərində Azərbaycanın bayraqları çap olunmuş üç sıxılmış yumruq (Güney və Quzey Azərbaycan və Qaşqay türkləri) təsvirini görmək olar.