Cümə axşamı , Sentyabr 17 2026
azfa

Bild: “Asiyanın ən böyük duz gölü – Urmu tamamilə quruyub”

GADTB: Almaniyanın nüfuzlu “Bild” nəşri peyk görüntülərinə əsaslanaraq xəbər verib ki, Asiyanın ən böyük duz gölü sayılan və 4000 ildən artıq tarixi olan Urmu gölü tamamilə quruyub. Urmu gölü bir vaxtlar Avropanın Konstans gölündən on dəfə böyük idi. Lakin indi gölün yerində yalnız bir neçə duzlu gölməçənin qaldığı bildirilir.

Bild yazır ki, bu ekoloji fəlakətin səbəbi yalnız iqlim dəyişiklikləri deyil, eyni zamanda İran hakimiyyətinin uzun illər davam edən səhlənkarlığı və suyun yanlış idarə edilməsidir. Nəşr qeyd edib ki, İran hakimiyyəti sadəcə tamaşaçı kimi qalıb, halbuki gölün qurumasının qarşısını almaq mümkündür.

“Iran News Update” isə ölkədə bir milyondan çox qanunsuz su quyusunun mövcud olduğunu və bu səbəbdən qrunt sularının sürətlə tükəndiyini qeyd edir.

Hər iki nəşr İran hakimiyyətini tənqid edərək vurğulayıb ki, Tehran daxili problemlərə deyil, silahlı qruplaşmalara, xüsusilə də HƏMAS-a külli miqdarda vəsait ayırıb./ Azad İran

Həmçinin yoxlayın

İran kəşfiyyatı xaricdə yaşayan müxalifləri izləmək və telefonlarını ələ keçirmək üçün yeni kiberhücum üsulundan istifadə edir

GADTB: Molla rejimin kəşfiyyatı xaricdə yaşayan müxalifləri izləmək və telefonlarını ələ keçirmək üçün yeni kiberhücum …

Sayın Sara xanım Azərsun Türkiyənin Sidneydəki konsulu sayın Bəlgin xanım Ərgünəşə məktubla müraciət etdi

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …