GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son etirazlarda Təbrizdə yaxalan azərbaycanlı fəallardan daha birinin kimliyi məlum olub.
Əldə etdiyimiz məlumata görə son kütləvi etirazlar zamanı Təbriz sakini olan azərbaycanlı fəal Əmir Pənceyi rejimin məmurları tərəfindən yaxalanıb.
Fəal rejimin qüvvələri tərəfindən yaxalandıqdan sonra naməlum istiqamətə aparılıb.
Hələlik azərbaycanlı fəal Əmir Pənceyinin harada saxlandığı və sağlamlıq durumu barədə heç bir məlumat yoxdur.