Şənbə , Dekabr 28 2024
azfa

Azərbaycanlı fəal Fərzad Təqəvi Bayat həbsə məhkum edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi azərbaycanlı gənc Fərzad Təqəvi Bayatı həbsə məhkum edib.

Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi azərbaycanlı fəal barəsində çıxarılan ilkin qərarı qüvvədə saxlayıb. Hökmə əsasən, Təbrizin Tuba parkında həbs edilən milli fəal Fərzad Təqəvi Bayat 3 il müddətinə həbs edilmişdir. Azadlığa buraxılandan sonra isə gənc 2 il ölkə ərazisini tərk edə bilməyəcək.

Qeyd edək ki, Fərzad Təqəvi Bayat saxlanılaraq təhlükəsizlik idarəsinin təcridxanasına köçürülmüşdür, 11 gün dindirildikdən sonra isə 250 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdır.

Həmçinin yoxlayın

Azərbaycan parlament dünya azərbaycanlılarına müraciət edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Məclisi Dünya azərbaycanlılarına müraciət ünvanlayacaq. Bu, …

Türkiyəli investor: “Güney Azərbaycanın müstəqilliyi yaxınlaşır”

GADTB: Türkiyənin tanınmış iş adamı, “Martı” brendinin sahibi Oğuz Alper Ötkəm dünən “X” hesabında paylaşım …