Cümə , Sentyabr 25 2026
azfa

Azərbaycanlı fəallar Firudin İbrahiminin məzarı ıtrafına toplaşdılar; Ərdəbil-Astara qardaşdır- Video

​​​​​​​ GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəallar Təbriz şəhərinin İmamiyyə qəbristanlığında Astara şəhərindən Azərbaycan Milli Hökumətin baş prokuroru Firudin İbrahiminin məzarı ətrafına toplaşaraq Azərbaycan şəhərləri arasında birlik və həmrəyliyə təkid ediblər.

Təbrizin İmamiyyə qəbristanlığına toplaşan fəallar Azərbaycan Milli Hökumətin baş prokuroru şəhid Firudin İbrahimini anmaqla yanaşı son günlər paniranistlər tərəfindən Ərdəbil və Astara əhalisi arasında süni şəkildə ixtilafın yaradılmasına cəhd olunmasının qarşısının alınması yollarından danışıblar. Mərasimdə paniranistlərin bu fitnəkar cəhdi pislənilib, Ərdəbil və Astara şəhərlərinin birliyinə çağrışlar edilib.

Azərbaycanlı fəallar mərasimdə “Ərdəbil-Astara qardaşdır”, “Ərdəbil-Astara Azərbaycandır” və s. belə şüarlar yazılmış plakartlar qaldırıblar.

Mərasimdə azərbaycanlı milli fəallar əslən Astara şəhərindən olan Azərbaycanın tanınmış şairi Söhrab Tahirin Azərbaycanın parçalanmasına həsr olunmuş “Çöpü də ikiyə bölmərəm daha” şerini oxuyub, paniranistlərin bölücü fəaliyyətini qınayıblar.

Mərasimin sonunda azərbaycanlı milli fəallar Astaradan azərbaycanlı fəalların göndərdiyi torpağı Firudin İbrahiminin məzarı üstünə səpiblər.

Həmçinin yoxlayın

Uitkof: “TRIPP Hörmüz boğazına alternativ ola bilər”

GADTB: TRIPP (Tramp marşrutu) layihəsi Hörmüz boğazı da daxil olmaqla, əsas nəqliyyat qovşaqlarının həssaslığı fonunda …

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …