Cümə axşamı , Oktyabr 22 2026
azfa

Erməni komandirdən 17 yük maşını minanı basdırdığını etiraf etdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, erməni işğalçıları tərəfindən basdırılmış minanın partlaması nəticəsində Kəlbəcərdə azərbaycanlı jurnalistlərin şəhid olmasından sonra sosial şəbəkələrin erməni seqmentində erməni komandirlərindən birinin sensasiyalı açıqlaması yayılıb.

Tvitterdə yerləşdirilən videoda cəsarətlə və vicdan əzabı çəkmədən hərbi cinayətlər törətdiyini etiraf edən bir “qəhrəmanı” və terrorçunu görə bilərsiniz.

Polkovnik Koryun Qumaşyan qürurla deyir:

“Mən kontingentimlə birgə Laçın və Kəlbəcər yaxınlığında 17 yük maşını mina basdırdım. Minalar olduğuna görə bu ərazidə heç nə edə bilməyəcəksiniz. Hərbi əsirlərimizi bizə qaytarın və mən mina xəritəsini təqdim edəcəm”.

Bu açıqlama erməni hərbi maşınının faşist mahiyyətini bir daha sübut edir. İşğal olunmuş torpaqları qanları ilə azad edən Azərbaycan Silahlı Qüvvələrinə müqavimət göstərmək gücü olmayan erməni hərbçiləri terrorla məşğul olduqlarını gizlətmirlər.

Bunlar müharibə cinayətləri deyil, sadəcə terrordur.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …