Azərbaycanlı fəallar Milad Əkbəri və Əkbər Cahangiri məhkəməyə çağırılıblar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanlı milli-mədəni Milad Əkbəri və Əkbər Cahangiri məhkəməyə çağırılıblar. Fəallar məhkəməyə çağırılması Babək Qalası Mərasimində iştirak etmələri ilə bağlıdır.

Kəleybər Məhkəməsinin 101-ci şöbəsinin göndərdiyi çağırış vərəqəsində Kəleybərdə rejimin ETTELAAT İdarəsinin məmurlarının şikayəti əsasında həmin fəalların məhkəməyə müraciət etmələri tələb edilib. Fəallar yanvar ayının 29-da Kəleybər məhkəməsinə müraciət etməlidirlər.

‎Qeyd edək ki, həmin fəallar 11 nəfərlə birlikdə 2017-ci il iyun ayının 30 Azərbaycanın milli qəhrəmanı Babəkin ad günündə Babək Qalası mərasiminə qatıldıqları üçün yaxalanıb, Əhər zindanına göndərilmişdilər.

Həmçinin yoxlayın

Azərbaycan Azıx mağarasında laboratoroji işlərə başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Qədim insan məskənlərinin mühafizəsi” mövzusunda keçirilən paneldə AMEA-nın …

Azərbaycanlı fəal Fatimə Atəşi Xiyavi Evin zindanında həbsdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Fatimə Atəşi Xiyavi” 23 fevralda Evin prokurorluğunun qərarların …

Bir cavab yazın