Çərşənbə axşamı , Avqust 25 2026
azfa

Azərbaycanlı fəallar Zəncanda Azərbaycan bayrağı qaldırdılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəalar Azərbaycanla həmrəylik məqsədilə Azərbaycan bayrağını Güney Azərbaycanın Zəncan şəhərinin mərkəzində yerləşən “İmamzadə İbrahim” türbəsinin hasarından asıblar.

“İmamzadə İbrahim” türbəsinin həyəti və məscidi İran rejiminin Zəncan şəhərindəki kəşfiyyat, Sepah qüvvələrinin, digər təzyiq güclərinin və hökumət təbliğatçılarının əsas qərargahlarından biridir.

Quraşdırılmış pankartın üzərində İranı idarə edən şovinistlərin ziddiyyətli siyasətinə qarşı “Kömək Allahdandır və zəfər yaxındır” ayəsi, habelə “ya Məhəmməd” şüarı yazılıb. İran coğrafiyasını idarə edən rejimin rəhbərləri din və məzhəbdən sui-istifadə edərək, ondan xalqları sıxışdırmaq və müstəmləkə etmək üçün bir vasitə kimi istifadə edirlər.

Qeyd edək ki, son günlər İranın Azərbaycan Respublikasına qarşı təhdid mesajları verməsi və açıq şəkildə Ermənistanı dəstəkləyib, Azərbaycanı hədələməsi Azərbaycan türklərinin Cənubi Azərbaycanda ciddi təpkisi ilə qarşılaşıb.

Güney Azərbaycanın müxtəlif şəhərlərində azərbaycanlı fəallar belə aksiyalar keçirməklə Azərbaycanla həmrəyliknümayiş etdirirlər.

Həmçinin yoxlayın

Trampdan “İranın tamamilə dağılması” ilə bağlı yeni xəbərdarlıq

GADTB: ABŞ Prezidenti Donald Trampın “Newsmax” telekanalının yaydığı xəbəri paylaşması İran İslam Respublikası Məclisinin sədri …

Azərbaycanın “Traxtur” komandasının tərəfdarı Əhəd Əlivənddən bir həftədir xəbər yoxdur

GADTB: Malikan şəhərindən olan, Azərbaycanın “Traxtur” komandasının tərəfdarı və sosial şəbəkələrdə məzmun istehsalçısı Əhəd Əlivəndin …