Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Azərbaycanlı millət vəkilləri türk dilinin tədrisini tələb etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan türk millətinin uzun illər öz dillərində təhsil tələb etməsindən sonra azərbaycanlı millət vəkilləri Zəhra Sai və dr. Xudabəxş türk dilinin Azərbaycan məktəblərində tədrisi və Türk Dili Akademiyasının açılması məsələsini tələb ediblər. Bu barədə millət vəkilləri İran adlanan ölkənin prezidenti Ruhaninin birinci müavini Cəhangiri ilə görüşdə tələblərini irəli sürüblər.

Millət vəkilləri Təbriz-2018 kimi mühüm beynəlxalq turizm ilinə dövlət tərəfindən heç bir büdcə ayrılmadığını tənqid ediblər. Millət vəkilləri Urmiya gölünün qurtarılmasının da diqqətdən kənarda qalması və gölün qurtarılması üçün büdcənin ayrılmaması məsələsini gündəmə gətiriblər.

İshaq Cəhangiri isə məsələni dövlət kabinetində gündəmə gətirəcəyinə söz verib.

Qeyd edək ki, irqçi fars hakimiyyəti Azərbaycan türk millətini ən ibtidai və təbii haqqı yəni öz dilində təhsildən məhrum edib. Rejim hətta Güney Azərbaycanla düşmənçilik edərək, Azərbaycanı xarabaya çevirmək üçün qəsdən Urmiya gölünü qurudub.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın