Çərşənbə , Aprel 24 2024
azfa

Azərbaycanlı milli fəal Əlirza Fərşinin həbs müddəti qətiləşdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli fəal Əlirza Fərşinin həbs müddəti qətiləşib.

Azərbaycanlı milli fəal barəsindəki məhkəmə hökmləri birləşdirilib.

Evin zindanının 4-cü bölməsində həbsdə olan azərbaycanlı fəal Əlirza Fərşi yaxınları ilə telefon danışığı zamanı bildirib ki, ona qarşı çıxarılan hökmlərin birləşdirilərək, barəsində 4 il həbs cəzasının qətiləşib. Əlirza Fərşi 14 noyabr 2023-cü ilədək həbsdə qalacağını bildirib.

Qeyd edək ki, Əlirza Fərşi 2020-ci ilin iyul ayının 21-də yaxalanıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürülmüşdü.

Əlirza Fərşi 2014-cü ildə isə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fəal “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi. Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin başçılığı ilə Əlirza Fərşiyə 50 ay həbs cəzası çıxarmışdı.

Azərbaycanlı siyasi məhbus həbsini çəkib və tibbi məzuniyyətindən istifadə edirdi. Lakin o həbsdə olarkən rejim azərbaycanlı fəalı şərləyərək ona yenidən iş açmışdı.

Həmçinin yoxlayın

GADTB Mərkəzi Şurasının üzvü, dünya şöhrətli alim Xəlil bəy Kələntərin “İctimai TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Mərkəzi Şurasının …

İran mediası Azərbaycana qarşı təbliğatı davam etdirir

GADTB: Tinn.ir saytı “Müqəddəs Sarkis kilsəsindən Zəngəzur dəhlizinə fərqli və şok edici etiraz” adlı  qərəzli …