Bazar ertəsi , İyun 22 2026
azfa

Azərbaycanlı milli fəal Məhəmməd Mərdi məhkəməyə çağrıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məhkəməsi Təbrizdə azərbaycanlı fəal Məhəmməd Mərdini məhkəməyə çağırdı. Bu barədə fəala məhkəmənin elektron sistemi vasitəsilə çağırış göndərilib.

Çağırış vərəqəsinə əsasən, Məhəmməd Mərdi oktyabrın 26-da rejimin Cinatər Məhkəməsinin 111-ci şöbəsində olmalıdır.

Bundan öncə isə rejimin Təbrizdəki prokurorluğunun 15-ci şöbəsində Mərdiyə qarşı “İctimai asayişi pozmaq” ittihamı irəli sürülüb, barəsində qaldırılmış “Sistemə qarşı təbliğat” ittihamı isə ləğv edilmişdi.

Qeyd edək ki, Məhəmməd Mərdi iyulun 24-də İran rejiminin məmurları tərəfindən yaxalanmışdı. Azərbaycanlı fəal yaxalanarkən döyülüb, baş və çənə nahiyəsindən ciddi xəsarət almışdı.

Azərbaycanlı fəal ETTELAAT-ın təcridxanasında dindirildikdən sonra avqustun 11-də rejimin Təbrizdəki zindanına köçürülmüş, avqustun 14-də isə girov qarşılığında zaminə buraxılmışdı.

Məhəmməd Mərdi həmçinin 2016-cı ildə isə azərbaycanlı milli fəal Murtəza Muradpurun zindanda aclıq aksiyasına dəstək verdiyi üçün də təzyiqlərlə qarşılaşmışdır.

Məhəmməd Mərdi 2017 və 2018-ci illərdə Babək Qalası Qurultayına, eləcə də 2019-cu ildə Qulamrza Amaninin anım mərasiminə qatıldığı üçün də yaxalanmışdı.

Həmçinin yoxlayın

İsveçrədə İran–ABŞ danışıqlarının ilk mərhələsinin əsas məqamları

GADTB: Qətər və Pakistanın İran ilə ABŞ arasında İsveçrədə keçirilən danışıqların ilk mərhələsi ilə bağlı …

Yusif Karinin anası və qardaşı hədələnərək saatlarla dindirilib; ailədən Abbas Lisanlıya qarşı mövqe bildirmələri istənilib

GADTB: Yusif Karinin yaxınlarının bildirdiyinə görə, Ərdəbildəki rejimin təhlükəsizlik qüvvələri onu məhkəmə iclasına qatılmağa razı …