
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şərqi Azərbaycandalı İranın Apellyasiya Məhkəməsinin 2-ci şöbəsi azərbaycanlı milli fəal Məhəmməd Mərdinin birinci məhkəmədən verdiyi apellyasiya şikayətinə baxıb və fəal barəsində 2.5 milyon tümən cərimə cəzası barədə qərar çıxarıb.
Rza Füruğinin sədrliyi ilə Təbrizdə rejimin Cinayət Məhkəməsinin 111-ci şöbəsində keçirilən iclasda Məhəmməd Mərdi şərlənərək ona qarşı “Hay-küy salmaqla ictimai asayişi pozmaq və qanunsuz aksiyaya qatılmaq” ittihamı irəli sürmüş, onu 3 ay həbs və 74 şallaq zərbəsinə məhkum etmişdir. Apellyasiya məhkəməsi isə həmin qərarı cərimə qərarı ilə dəyişib və qərarın icrasını 5 il müddətinə təxirə salıb.
Qeyd edək ki, Məhəmməd Mərdi 2021-ci ilin iyul ayının 26-da Təbrizdə İranın təhlükəsizlik məmurları tərəfindən saxlanılıb, 11 avqustda isə girov qarşılığında zaminə buraxılmışdı.
Azərbaycanlı milli fəalın saxlanılması Təbrizdə əl-Əhvaz ərəblərinin etirazlarına dəstək aksiyasının keçirilməsi olmuşdu. Həmin aksiyada çox sayda azərbaycanlı fəal yaxalanmışdı.