Çərşənbə , Noyabr 18 2026
azfa

Azərbaycanlı milli fəal məhkəməyə çağırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyulun 6-da azərbaycanlı milli fəal Davud Şiri Təbrizd’ rejimin İnqilab Məhkəməsinin ikinci bölməsinə çağırılıb.

Şiri ötən ilin sentyabrında 15-dən çox siyasi fəalla birlikdə həbs edilib və Təbrizdə molla rejimin ETTELAAT İdarəsinin təcridxanasında bir neçə ay təkadamlıq kamerada qaldıqdan sonra zaminə buraxılıb.

Davud Şiri bir qrup azərbaycanlı milli fəalla birlikdə açıq şəkildə mühakimə olunmasını tələb edib.

Qeyd edək ki, iyulun 6-da ona qarşı irəli sürülən saxta ittihamlarla bağlı məhkəmə iclası keçiriləcək.

Həmçinin yoxlayın

Səhənd stadionu “Traxtur” komandasına verilir

GADTB: Təbrizin 70 min nəfərlik Səhənd stadionu “Traxtur” İdman Klubuna verilir. Bu haqda İran İdman …

İran zindanlarında məhbuslar çörək dilənirlər

GADTB: “Iran Wire” nəşri Tehran və Evin zindanlarında qida çatışmazlığı və məhbusların istismarı ilə bağlı …