Bazar , Noyabr 29 2026
azfa

İran XİN: “Ermənistan Təbrizdə baş konsulluğun açılması üçün lazımi hazırlıq işləri görür”

GADTB:  İRNA xəbər verib ki, dünən İranın Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani mətbuat konfransında Ermənistanın Təbrizdə baş konsulluğunun açılması və İranın Qafandakı baş konsulluğunun fəaliyyəti haqqında deyib:

“İran və Ermənistan ötən illərdə Təbriz və Qafan şəhərlərində qarşılıqlı olaraq baş konsulluqların açılmasına dair saziş imzalayıb. İranın Qafandakı konsulluğu mərhum xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın səfəri zamanı açılıb.

Abdullahiyanın Ermənistana etdiyi son səfər zamanı Təbriz şəhərində Ermənistanın baş konsulluğunun qarşılıqlı şəkildə açılması ilə bağlı İranın razılığı bu ölkənin səlahiyyətli orqanlarına çatdırılıb və Ermənistan tərəfi bunun üçün lazımi hazırlıq işləri görür. İranın Qafandakı peşəkar fəaliyyəti uğurla davam edir və bütün iranlılara konsulluq xidmətləri göstərilir”./ Azad İran

Həmçinin yoxlayın

İran ABŞ qüvvələrinə qarşı hücumları dəstəkləmək üçün Starlink-dən istifadə edib

GADTB: “The Washington Post” qəzeti bir hesabatında yazıb ki, İran İslam Respublikası fevralın 28-də ABŞ …

Azərbaycanın Kürdüstan vilayətinə birləşdirilmiş bölgələrində tarixi türk adlarının dəyişdirilməsi və saxtalaşdırılması cəhdlərinə etiraz

GADTB: İrqçi fars-molla rejiminin yaşıl işığı ilə bölgəyə köçmüş kürdlər tərəfindən həmin rejimin Kürdüstan vilayətinə …