Cümə axşamı , Oktyabr 15 2026
azfa

Molla rejimi Şərqi Azərbaycan vilayətinə yeni vali təyin etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi yanvarın 21-də əslən Marağadan olan və Rəisiyə yaxın olan Malik Rəhmətini Şərqi Azərbaycan əyalətinə yeni vali təyin edib.

Rəhməti molla rejiminə yaxış şəxslərdən olub və İranın daxili işlər naziri Əhməd Vəhidinin təklifi və Nazirlər Kabinetinin təsdiqi ilə bu vəzifəyə təyin olunub.

1982-ci il təvəllüdlü yeni vali Marağa şəhərindəndir. Bundan əvvəl bir neçə dövlət qurumunda, o cümlədən Daxili İşlər Nazirliyində fəaliyyət göstərib.

O, bu günə kimi Şərqi Azərbaycan əyalətinə təyin olunan ən gənc validir.

Qeyd edək ki, keçmiş vali Zeynalabdin Rzavi Xürrəm uzun sürən xəstəlikdən sonra yanvarın 20-də həyatını itirib.

Həmçinin yoxlayın

Tramp: Bəlkə də İran rəhbərlərini öldürməməliydik, artıq kiminlə danışıqlar aparacağımı bilmirəm

GADTB: ABŞ Prezidenti Donald Tramp yenidən bildirib ki, bəlkə də İran İslam Respublikasının bir sıra …

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb. Bəyanatı olduğu kimi təqdim …