Bazar , Avqust 30 2026
azfa

Azərbaycanlı milli fəallar Əli Xeyrcu ilə görüşdü

GADTB: Azərbaycan milli hərəkatının bir qrup fəalı dünən — 16 dey 1404-cü il, çərşənbə axşamı — 6 milyard tümən girov qarşılığında Evin həbsxanasından müvəqqəti azadlığa buraxılan milli hərəkat fəalı Əli Xeyrcu ilə görüşərək onunla fikir mübadiləsi aparıb.

Görüş Ərdəbildə, Əli Xeyrcunun evində baş tutub. Görüş zamanı Əli Xeyrcunun hazırkı durumu, Evin həbsxanasında və digər həbsxanalarda saxlanılan milli fəalların vəziyyəti, həbsxana şəraiti, eləcə də ölkədə son günlər baş verən ictimai-siyasi proseslər və etirazlar ətrafında geniş müzakirələr aparılıb.

Qeyd edək ki, Əli Xeyrcu 14 dey 1404-cü il tarixində ona qarşı irəli sürülmüş ittihamlarla bağlı həbs qətimkan tədbirinin girovla əvəzlənməsi nəticəsində 6 milyard tümən girov qoymaqla istintaq yekunlaşanadək azadlığa buraxılıb. Onun barəsində irəli sürülən ittihamlar “ölkə təhlükəsizliyinə qarşı toplaşma və əlbirlik” və “ictimai asayişi pozma” maddələridir.

Əli Xeyrcu Abbas Lisani, Yusif Kari və Bəhram (Bəzzad) Dəşti ilə birlikdə cari ilin 20 aban tarixində, azərbaycanlı siyasi məhbuslara və onların etiraz aksiyası keçirən ailələrinə dəstək məqsədilə keçirilən aksiyalar zamanı saxlanılaraq Evin həbsxanasına köçürülmüşdü. Daha sonra bu fəallar 27 aban tarixində Evin həbsxanasının 209-cu bölməsinə yəni molla rejimin Kəşfiyyat Nazirliyinin təcridxanasına aparılmışdılar.

Bu fəallar saxlanıldıqdan sonra ailələri ilə qısa telefon əlaqələri zamanı təhlükəsizlik və asayiş qüvvələri tərəfindən ağır şəkildə döyüldüklərini bildirmişdilər. Həbsdən bir neçə saat sonra onlar Evin Prokurorluğunun 6-cı istintaq şöbəsinə, hakim Vəhid Nasirinin sədrliyi ilə aparılaraq rəsmi şəkildə ittihamlarla tanış edilmişdilər.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Hüseyn İsmayıli məhkəməyə çağırılıb

GADTB: Azərbaycanlı fəal Hüseyn İsmayıli Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsi tərəfindən göndərilən bildirişlə məhkəməyə çağırılıb. …

Güney Azərbaycan Milli Hərəkatının 11 fəalı cəzalarının icrası üçün məhkəməyə çağırılıb; Həmid Yeganəpurun səhhəti narahatlıq doğurur

GADTB: Təbrizdə Cinayət Hökmlərinin İcrası üzrə 11-ci şöbə «Demokratlar» kimi tanınan iş üzrə Cənubi Azərbaycan …