Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Zəncanda üç yeniyetmə saxlanılıb

GADTB: daxil olan məlumatlara əsasən, Zəncan şəhərində vəziyyət hələ də yüksək səviyyədə gərgindir. Molla rejimin qüvvələri şəhərin əsas meydanlarında, o cümlədən İnqilab meydanı və Səbzə meydanı ətrafında geniş şəkildə yerləşdirilib.

Son günlər ərzində küçələrdə çoxsaylı vətəndaşların saxlanıldığı bildirilir. Həmin şəxslərin bir qismi bir neçə saatdan sonra azad edilsə də, həbslərin davam etdiyi qeyd olunur.

Zəncanda Sepah bəyan edib ki, etirazlarla bağlı “lider” adlandırdığı şəxsləri müəyyən edərək saxlayıb. Lakin bu iddialarla bağlı müstəqil təsdiqlənmiş əlavə məlumat hələlik mövcud deyil.

Yerli mənbələr dünən “Ark qapısı” ətrafında üç yeniyetmənin saxlanıldığını təsdiqləyiblər. Saxlanılanların şəxsiyyəti, yaşı və hazırkı vəziyyəti barədə rəsmi açıqlama verilməyib.

Hazırda ümumi saxlanılanların dəqiq sayı barədə məlumat yoxdur və şəhərdə təhlükəsizlik tədbirlərinin davam etdiyi bildirilir.

Həmçinin yoxlayın

Həbsdə olan azərbaycanlı həkim Həmid Qərəhəsənlinin səhhəti ilə bağlı narahatlıq davam edir

GADTB: Bir qrup həkim və tibb işçisi İran İslam Respublikasının məhkəmə hakimiyyətinə məktub göndərərək həbsdə …

WSJ: “İran nüvə obyektlərini möhkəmləndirir”

GADTB: “The Wall Street Journal” (WSJ) qəzeti yazıb ki, İran mümkün yeni hərbi qarşıdurmaya hazırlaşır, …