Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Azərbaycanlı milli-mədəni fəal Musa Sudinin şərti azadlıq tələbinə baxılmır

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejiminin məhkəməsi həbsinin əksər hissəsini çəkmiş azərbaycanlı milli-mədəni fəal mühəndis Musa Sudinin qanuni şərti azadlıq tələbinə baxmır.

Təbriz zindanında həbsdə olan Sudi heç bir günhı olmadan həbs edilsə də, həbs müddətinin üçdə ikisini çəkib və qanuna əsasən həbsinin qalan müddətini şərti azadlığa buraxıla bilər. Fəalın qanuni tələbinə baxmayaraq rejim fəalın haqlı tələbinə məhəl qoymur.

Qeyd edək ki, Ərdəbil sakini olan azərbaycanlı fəal Musa Sudi Tirəxur futbol komandasının Asiya oyunlarında 2013-cü il martın 8-də bir neçə fəalla birlikdə yaxalanıb və 7 il həbsə məhkum edilmişdi.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Bir cavab yazın