Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Azərbaycanlı milli-mədəni fəal Qasım Mahmudi işgəncə edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məmurları azərbaycanlı milli-mədəni fəal və sənətçi Qasım Mahmudini oğurlayaraq döyüb və ona vəhşicəsinə işgəncə veriblər.

Kəleybər sakini olan azərbaycanlı fəal heç bir səbəb olmadan İran rejiminin məmurları tərəfindən küçədə oğurlanıb və döyülmüşdür.

Rejimin məmurları azərbaycanlı fəaldan zorla yalan etiraf alıb, ona qarşı saxta dosye hazırlamaq istəyiblər.

Azərbaycanlı milli-mədəni fəal Qasım Mahmudi döyülüb, işgəncə ediləndən sonra vəsiqə qarşılığında zaminə buraxılıb.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …