Çərşənbə , Sentyabr 23 2026
azfa

Azərbaycanlı qadın siyasi məhbus irejimin təzyiqləri nəticəsində ntihar edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Kərəc şəhərinin zindanında həbsdə saxlanılan azərbaycanlı siyasi məhbus Məsumə Sanubəri intihar edib.

Qadının son həddə çatmasının səbəbi həbsxana rəhbərliyinin tətbiq etdiyi təzyiqlərin artması olub.

Bildirilib ki, Məsumə xanım uzun müddət təkadamlıq kamerada saxlanılıb. O, nəinki yaxınları ilə telefon danışığından, hətta məhbus yoldaşları ilə də ünsiyyətdən məhrum edilib. Qadın zindanda olduğu müddət ərzində mütəmadi olaraq işgəncələrə məruz qalırdı.

Qeyd edək ki, Təbriz sakini olan Məsumə Sanubəri ötən il baş tutan genişmiqyaslı xalq etirazları zamanı Kərəcdə həbs edilib. O, təxminən 40 gün ərzində dindirilib və işgəncələrə məruz qalıb.

Siyasi məhbus Kərəc İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən mühakimə olunub. O, “rejimə qarşı qeyri-qanuni toplantılarda, təbliğat işlərində iştirak etmək” və “Xalq mücahidləri liderləri ilə bağlı şüarlar yazmaq və şəkillərini dərc etdirmək” maddələri ilə 7,5 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin yoxlayın

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …