Cümə axşamı , Oktyabr 15 2026
azfa

Azərbaycanlı repçi Milad Cəlili həbs cəzasını çəkmək üçün Təbrizdə zindana salındı

GADTB: Azərbaycanlı sənətçi Milad Cəlili (İlşən) dünən İnstagram səhifəsində video yayımlayaraq, “yalnız siyasi rep ifasına görə həbs olunduğunu” və 8 aylıq həbs cəzasını çəkmək üçün Təbriz zindanına getdiyini açıqlayıb.

O, Təbriz İnqilab Məhkəməsinin ikinci şöbəsində “Pantürk separatçı məhkumların xeyrinə siyasi rep musiqisi ifa etməklə İran İslam Respublikası əleyhinə təbliğat fəaliyyəti” ittihamı ilə 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu azərbaycanlı repçi bu ilin yanvar ayında təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmiş və məhkəmə prosesinin sonuna qədər 300 milyon tümənlik  girov qoyaraq 30 dekabr tarixində Təbriz mərkəzi zindanından azad edilmişdir.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …