Cümə axşamı , Aprel 25 2024
azfa

Azərbaycanlı şair və fəal Hәbib Sasanian türkmənlərə yardıma çağırış etdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney azәrbaycanlı tanınmış şair vә milli-mәdәni fәal Hәbib Sasanian bütün azәrbaycanlılardan sel fәlakәtinә uğramış Güney Türkmənistan türkmәnlәrinә yardım istәyib.

Hәbib Sasanian sosial şəbəkə hesabında paylaşdığı videosunda İran fars-molla rejimini, özәlliklә, paniranistlәri sel fәlakәtinә uğramış türkmәnlәrә dәstәk vermәdiklәri üçün qınayıb və bütün türk xalqından dәstәk istәyib. O bildirib ki, keçmişdә Әhәr vә Vәrziqan şәhәrindә olan zәlzәlә fәlakәti kimi baykota izin vermәmәliyik:

“Novruz bayramı günlərində yağan güclü yağışlar nəticəsində İranın şimalındakı Türkmənsəhra şəhərindəki (Güney Türkmənistan) bəndlərdə suyun miqdarı artıb. Səlahiyyətli orqanlar vaxtında bənd sularını buraxmadığı üçün, nəhayət, “Sarı su” (Qorqanrud) çayında daşqın əmələ gəlib və Qonbəd Kavus, Ağ Qala və ətraf kəndləri sel bürüyüb. Təbii fəlakət nəticəsində insan təlafatı olub və əhalinin çox sayda mal-qarası tələf olub. Sel bölgənin infrastrukturu, yaşayış evləri və kənd təsərrüfatına da ciddi ziyan vurub. Hazırda bölgədə 51 kəndin içməli suyu kəsilib, onlara tankerlərlə su daşınır. Bəzi kəndlərin işığı kəsilib, bir neçə kəndə gedən yollar isə torpaq sürüşməsi nəticəsində bağlanıb. Bütöv Azərbaycan Ocaqları olaraq türkmən soydaşlarımızın acısını paylaşır, sel fəlakətindən ziyan görmüş soydaşlarımıza keçmiş olsun diləklərimizi çatdırırıq”.

 

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın