Cümə axşamı , Yanvar 2 2025
azfa

Azərbaycanlı siyasi məhbus Tohid Əmirəmini girov qarşılığında nəzuniyyətə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus Tohid Əmirəmini avqustun 21-də Tehranın Evin zindanından 350 milyon tümən girov qarşılığında 15 günlük məzuniyyətə buraxılıb.

Qeyd edək ki, Tövhid Əmirəmini 2019-cu il fevralın 20-də Tehranda Dünya Ana Dili Günü ilə bağlı poster payladığı üçün irqçi fars rejim tərəfindən yaxalanıb. Fəal uzun müddət təkadamlıq kamerada işgəncə edilib.

Fəal Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində  “Milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” və “Sistemin əleyhinə təbliğat aparmaq” ittihamları üzrə mühakimə olunub.

Tövhid Əmirəmini birinci ittihama görə 7.5 il, ikinci ittihama görə 18 ay həbs cəzasına məhkum edilib. Bu yaxınlarda isə Evin zindanında həbsdə saxlanılan heç bir günahı olmayan azərbaycanlı siyasi məhbusun 2020-ci il fevralın 4-də təsdiqlənmiş “Cəzanın azaldılması qanunu”na əsasən, 7.5 həbs cəzasının 2.5 ayı ləğv edildiyi üçün cəzası 5 ilə endilib.

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …