Çərşənbə , Oktyabr 21 2026
azfa

BMT Güney Azərbaycandan olan alim Əhmədrza Cəlalinin vəziyyətindən narahatlığını bildirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Birləşmiş Millətlər Təşkilatının İran üzrə xüsusi təmsilçisi Cavid Rəhman İranda insan haqları sahəsində vəziyyətin daha da pisləşdiyini qeyd edərək, Tehranın Evin zindanında həbsdə saxlanılan İsveç-İran vətəndaşı olan Güney Azərbaycandan olan alim Əhmədrza Cəlalinin durumundan narahatlığını bildirib.

Cavid Rəhman həmçinin hesabatında azərbaycanlı siyasi məhbuslar Abbas Lisani və Əlirza Fərşinin də vəziyyətinə toxunub.

Rəhman öz hesabatında Abbas Lisaninin digər 7 azərbaycanlı məhbus (Siyamək Mirzai, Behnam Şeyxi, Əlirza Fərşi, Kiyanuş Aslani, Mehrdad Şeyxi, Yusif Kari və Rza Vasiqi ilə birgə aclıq aksiyası keçirdiyini bildirib.

Hesabatda bildirilir ki, zindanın müdiriyyətinin məhbuslara qarşı qanunsuz hərəkətlərə son qoyulacağına və tibbi məzuniyyət veriləcəyinə dair vədlərindən sonra etiraz aksiyası dayandırılıb.

Eyni zamanda hesabatda azərbaycanlı siyasi məhbus Əlirza Fərşinin vəziyyətinə toxunulub və onun basqılara məruz qalması, sağlıq durumu və barəsində yeni cinayət işinin açılması da hesabatda öz əksini tapıb.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …