Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Azərbaycanlı siyasi məhbus Tohid Əmirəmini zindana qaytarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejim azərbaycanlı milli-mədəni fəal Tohid Əmirəminini məzuniyyətdən sonra yenidən Evin zindanına saldı.

Ana dili təbrikinə görə rejimin 5 il həbs cəzası verdiyi azərbaycanlı fəal dünən yenidən zindana qaytarılıb. Fəal avqustun 21-də 350 milyon tümənlik girov müqabilində məzuniyyətə buraxılmışdı.

Qeyd edək ki, işğalçı fars rejim azərbaycanlı milli-mədəni fəal Tohid Əmirəminini 210 gün təkadamlıq kamerada işgəncə altında saxladıqdan sonra Evin zindanına köçürdü.

Azərbaycanlı milli-mədəni fəal Tohid Əmirəmini Beynəlxalq Ana Dili Günü münasibətilə poster payladığı üçün Kyanuş Aslani ilə birlikdə yaxalanmışdır. Fəal indiyə qədər təkadamlıq kamerada işgəncə edilib.

Bir öncə isə Kyanuş Aslani Evin zindanına köçürülüb. Hazırda azərbaycanlı fəallar Tohid Əmirəmini, Kyanuş Aslani və Kazım Səfabəxş Evin zindanının 4-cü bölməsində həbsdə saxlanılırlar.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …