Azərbaycanlı vicdan məhbusu Səccad Şəhiri zindana qaytarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, məzuniyyət müddəti bitən azərbaycanlı vicdan məhbusu Səccad Şəhiri bu gün Sulduz zindana qayıdıb.

Sulduzda yaşayan azərbaycanlı milli fəal aprelin 12-də girov qarşılığında 3 günlük məzuniyyət hüququndan istifadə edə bilmişdi.

Qeyd edək ki, Güney Azərbaycanın Sulduz şəhərindən olan azərbaycanlı milli-mədəni fəal Səccad Şəhiri aprelin 12-də girov qarşılığında 3 günlük məzuniyyətə buraxılmışdı.

İrqçi fars rejim  Güney Azərbaycanın Sulduz şəhərindən olan azərbaycanlı milli-mədəni fəal Səccad Şəhirini aprelin 3-də həbs etmişdi.

Səccad Şəhiri “Sistemə qarşı təbliğat” ittihamı ilə çıxarılan 6 aylıq həbs qərarı rejimin Sulduzdak; Apellyasiya Məhkəməsi tərəfindən təsdiq edilmişdi.

Şəhirinin vəkili Əsgər Məhəmmədiyə göndərilən bildirişdə yazılmışdı ki, cinayət prosessual məcəlləsinin A bəndinin 445-ci maddəsinə əsasən məhkumun apellyasiya şikayəti rədd edilib və çıxarılan qərar qüvvədə saxlanılmışdı.

Səccad Şəhiri 2020-ci il yanvar ayının 16-da ETTELAAT məmurları tərəfindən Sulduz şəhərində yaxalanaraq ETTELAAT-ın Təbrizdəki təcridxanasına köçürülmüşdü.

Həmçinin yoxlayın

İran zindanlarında anti-sanitar şəraitə görə məhbuslar əziyyət çəkir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın Evin zindanında həbsdə olan siyasi məhbuslardan birinin …

Tehranda Azərbaycan səfirliyinin yeri dəyişdirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən ilin yanvar ayında Azərbaycan səfirliyinə qarşı törədilmiş …