GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Sofian şəhərində yerləşən Sofian Sement Zavodunun yükmaşını sürücüləri etiraz aksiyası keçiriblər.
Sofianın Sement Zavodunun sement məhsullarını daşıyan sürücülər əmək haqlarının aşağı olmasına etiraz edirlər.
Onları həmçinin rəhbərliyin əmək haqqı artımı ilə bağlı vədlərinin yerinə yetirilməməsi narazı salıb.
Sürücülərin dünəndən başlayan etirazlarının davam etdiyi bildirilir.