Şənbə , Dekabr 28 2024
azfa

Azərbaycanlıların Laçın-Xankəndi yoluna etirazına yeni könüllü qrupları qoşulur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəalların Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası yeddi gündür davam edir.

Dekabrın 18-də yeni könüllü qrupları dinc aksiyaya dəstək vermək üçün Laçın-Xankəndi yoluna gediblər. Onlar aksiya iştirakçılarına qoşularaq Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarından irəli gələn ekoloji fəlakət və digər fəsadlarla bağlı ilkin monitorinqin aparılmalı olduğu barədə şüarlar səsləndirirlər.

Həmçinin yoxlayın

Azərbaycan parlament dünya azərbaycanlılarına müraciət edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Məclisi Dünya azərbaycanlılarına müraciət ünvanlayacaq. Bu, …

Türkiyəli investor: “Güney Azərbaycanın müstəqilliyi yaxınlaşır”

GADTB: Türkiyənin tanınmış iş adamı, “Martı” brendinin sahibi Oğuz Alper Ötkəm dünən “X” hesabında paylaşım …