Cümə , Aprel 19 2024
azfa

Babək Qalası Qurultayı ilə bağlı tutulan azərbaycanlı fəallar vəhşicəsinə işgəncə edilib

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanda son bir həftədə Babək Qalası Qurultayı ilə bağlı tutulan onlarla azərbaycanlı milli-mədəni fəal irqçi fars rejiminin məmurları tərəfindən vəhşicəsində döyülərək, işgəncə ediliblər.

Məlumata görə, inşgəncə edilən fəallardan bəziləri azadlığa buraxıldıqdan sonra özlərinin şəkillərini yayıblar, şəkillərdə onların üzərində döyülmə və işgəncə izlər açıq şəkildə müşahjidə edilir.

Fəallardan Məhəmməd Colani və Meysəm Colani Kəleybər zindanından sərbəst buraxıldıqdan sonra işgəncə edildiklərinə dair görüntülər paylaşıblar. Şəkillərdə ərdəbilli fəal Məhəmməd Colaninin ayaq nahiyyəsindən zərbə aldığı və ayağının göyərdiyi görünür. Fəalın bədənində başqa göyərmələr də müşahidə olunub.

Ərdəbilli digər fəal Meysəm Colani də oxşar vəziyyətdədir. Onun işgəncələr nəticəsində bədəninin bir neçə yerində göyərmə əmələ gəlib.

Kəleybərdə Babək qalasına gedərkən yaxalanan Murtaza Pərvin isə rejimin təhlükəsizlik qüvvələri tərəfindən döyülərək işgəncə edilib. Bundan əvvəl kəskin bel ağrısından əziyyət çəkən fəal rejimin təhlükəsizlik qüvvələri tərəfindən vəhşicəsinə döyülüb. Fəal bel nahiyyəsindən aldığı zərbəyə görə hazırda ağır vəziyyətdədir.

Azərbaycanlı fəal Qulam Quluzadə isə yaxalandıqdan sonra kəskin döyülüb və işgəncə edilib. Bunun nəticəsində fəalın halı tam pisləşib. O hətta bir gecə Kəleybər Polisinin poliklinikasında həkim nəzarətində saxlanılıb. Sonra poliklinikadan çıxarılaraq Urmiya prokurorunun göstərişi ilə bu şəhərin zindanına aparılıb.

Aşağıda adları çəkilən fəallar da işgəncə edilərək müəyyən bədən xəsarəti alıblar::

Ayət xeyrcu (baş və qulaq nahiyyəsindən zərbə alıb, üz-gözünü qana boyanıb), Rəhim Novruzi (başında çapıq alıb və əl-ayağı göyərib), Murtaza Pərvin (bel nahiyyəsinə xəsarət alıb), Məhəmməd Colani (ayaq, baş, göz və qol nahiyyəsinə xəsarət alıb), Meysəm Colani, Sədulla Sasani, Milad Əkbəri, Tohid Əmir Əmini, Cavad Əhmədi Yekanlı, Məhəmməd Mərdi, Əli Ruhbəxş, Möhsün İsmaili, Yusif Kari və Məhəmməd Azadi isə rejimin məmurlarının işgəncəsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

 

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın