Bazar , Sentyabr 20 2026
azfa

Molla rejimi həbs etdiyi azərbaycanlı fəalları hələ də zaminə buraxmır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimin ədliyyə orqanları hələ də Təbriz şəhərində saxlanılan milli fəalların müvəqqəti azadlığa buraxılmasına icazə verməyiblər.

Azərbaycan Milli Hərəkatının fəalları – Davud Şiri, Əlirza Səbri, Hüseyn Amani, Məhəmmədrza Amani (Araz) və Cavad Əhmədzadə hələ də heç bir səbəb olmadan həbsdə saxlanılır.

Onların yaxınları məlumat veriblər ki, indiyədək Təbriz şəhər Prokurorluğu ilə yanaşı, digər qurumlara ünvanlanan çoxsaylı müraciətlərə baxmayaraq, ədliyyə orqanlarının səlahiyyətli şəxsləri həbs edilmiş azərbaycanlı fəalları müvəqqəti azadlığa buraxılması barədə əmri qəbul etməkdən və sərəncam verməkdən imtina edirlər.

Qeyd edək ki, dünən may ayının 18-də həmçinin azərbaycanlı milli fəallar Həmzə Vəlizadə, Ruhulla Əhmədinijad, Davud Şiri, Cavad Əhmədzadə Keyqal və Əlirza Səbri Qazan da yaxalanıb.

Həmin azərbaycanlı milli fəalların son günlər mayın 22-də Güney Azərbaycan şəhərlərində kütləvi nümayişlərə çağırışlar edildiyi üçün yaxalandığı ehtimal edilir.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …