GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Die Velt” saytına müsahibəsində BƏƏ-nin Dövlət naziri Sultan Caber deyib ki, Birləşmiş Ərəb Əmirliyi qonşuluğunda nüvə gücü olan İrana qarşı səbir nümayiş etdirməyəcək.
“Bizim fikrimizcə, nüvə razılaşması uğursuzluğa düçar olub. İran Suriya, İraq, Livan və Yəmənin destabilizasiya edilməsi üçün ekspansionist proqramını tətbiq etməyə davam edir. BƏƏ Yəməndəki savaşda İran təsirinin yayılmasının qarşısını almaq üçün iştirak edir”, – deyə o bildirib.