Cümə axşamı , Avqust 18 2022
azfa

BMT İranın zənginləşdirilmiş uran ehtiyatlarının olduqca narahatlıq doğurduğunu bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Birləşmiş Millətlər Təşkilatı baş katibinin müavini Təhlükəsizlik Şurasının iclasında İranın zənginləşdirilmiş uran ehtiyatlarının artdığını deyib. O, habelə bildirib ki, Beynəlxalq Ajansın İranın nüvə mərkəzlərindəki müşahidə kameralarını yığışdırmasının ciddi nəticələri olacaq.

İclas zamanı britaniyalı nümayəndə qeyd edib ki, nüvə anlaşması canlandırılmayacağı halda, Təhlükəsizlik Şurası İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün qəti addımlar atmalıdır.

Qeyd edək ki, Birləmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşin hesabatını nəzərdən keçirmək üçün Təhlükəsizlik Şurasının 2231 saylı Qətnaməsinin və nüvə anlaşmasının icrası ilə bağlı iclası iyunun 30-da keçirilib.

Həmçinin yoxlayın

Ukrayna Rusiyanın 44300 hərbçisini məhv edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim …

İran rejiminin həbs etdiyi azərbaycanlı fəal Melika Qaragözlü qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi Əllamə Təbatəbayi Universitetinin …