Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Britaniya İrana qarşı 7 yeni sanksiya tətbiq etdi

QADTB: Böyük Britaniya hökuməti çərşənbə günü, avqustun 19-da İranla bağlı sanksiyalar siyahısına 7 yeni şəxs və qurumu əlavə edib.

Reuters-in Britaniya hökumətinin açıqladığı məlumatlara istinadən yaydığı xəbərə görə, yeni sanksiyalar Londonun İranla bağlı sanksiya rejimi çərçivəsində tətbiq edilib.

Bu mexanizm Britaniya hökumətinə, Londonun məlumatına görə, İranda ciddi insan hüquqları pozuntularında və ya İran hakimiyyətinin və onun dəstəklədiyi qrupların düşmənçilik xarakterli fəaliyyətlərində iştirak edən şəxsləri və qurumları sanksiyalara məruz qoymağa imkan verir. Britaniya son aylarda da İran hakimiyyəti, qurumları və onunla əlaqəli şəbəkələrə qarşı bir neçə sanksiya paketi tətbiq edib. May ayında isə Tehranla əlaqəli şəbəkələrin maliyyələşdirilməsi və düşmənçilik xarakterli fəaliyyətlərdə iştirak ittihamı ilə 12 şəxs və qurum sanksiya siyahısına salınmışdı.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …