Cənubi Afrikada 148 yaşı olan Azərbaycan xalçası aşkarlanıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinin Apa-ya istinadən yaydığı məlumata görə, aşkarlanan qədim və orijinal nümunələrdən biri Naxçıvan MR-in Şahbuz rayonunun Biçənək kəndində 1870-ci ildə toxunmuş xovsuz xalçadır: “Xalça Cənubi Afrika Respublikasının Yohannesburq şəhərindəki bir xalça kolleksiyaçısından alınaraq ölkəmizə gətirilib. Xalçanın Cənubi Afrika Respublikasından əldə edilməsi xalçalarımızın tarixən yayıldığı arealın nə qədər geniş olduğunu göstərir”.

Qeyd olunub ki, bu növ xovsuz xalçalara xalq arasında “şəddə”, “sərəndaz” da deyilir. Xalça üzərində əks olunmuş naxışlar, simvollar, türk tayfalarına məxsus damğalar qədim zamanlardan bu torpaqlarda yaşamış insanların dünyagörüşünü, təbiətə münasibətini, həyat tərzini, adət-ənənəsini dəqiq ifadə edir. Əsas bəzək elementi olaraq Naxçıvan qrupu Azərbaycan xalçalarını səciyyələndirən dəvə karvanının seçilməsi də xalçanın orijinal bədii  göstəricilərindən biridir. Tədqiqatlar göstərir ki, dəvə, ana-bala dəvə, dəvə karvanı təsvirləri olan xovlu və xovsuz xalçalar, xalça məmulatları Naxçıvan bölgəsində daha çox toxunub. Bu təsvirlər bölgədə yaşayan əhalinin ənənəvi təsərrüfat həyatını əks etdirir.

Xalça əldə əyrilmiş yundan hazırlanan, təbii boyalarla boyanan iplərlə toxunub.

Hazırda bir şəxsi kolleksiyada qorunan, ölçüsü 307 x 172 olan xovsuz xalçanın saxlanma vəziyyəti əladır. İlk baxışdan sənət əsəri təsiri bağışlayan bu qiymətli nümunənin unikallığı həm də odur ki, 140-150 il bundan əvvəl toxunan xovsuz xalçalar nadir hallarda belə salamat qalır.

 

 

Həmçinin yoxlayın

İsrail Mehrabad aeroportunda SEPAH-ın Qüds Qüvvələrinin Hizbullaha silah daşıyan 16 təyyarəsini məhv edib

GADTB: İsrail Hərbi Hava Qüvvələri Tehrandakı Mehrabad hava limanında SEPAH-ın Qüds Qüvvələrinin 16 təyyarəsini məhv …

Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir

GADTB: Son hadisələr fonunda Şimali Kipr Türk Cümhuriyyətinin təhlükəsizliyini təmin etmək üçün mərhələli planlar hazırlanır. …

Bir cavab yazın