Cümə , Avqust 21 2026
azfa

Caqaryanın paylaşdığı təhqiramiz foto molla rejimini özündən çıxartdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiyanın Tehrandakı səfiri Levan Caqaryanın İngiltərənin Tehrandakı yeni səfiri Simon Şerklif ilə rəsmi Tvitter hesabında paylaşdığı foto iranlıların narazılığına səbəb olub. Caqaryan paylaşımında “İngiltərənin səfiri Simon Şerklif ilə 1943-cü ildə Tehran Konfransının keçirildiyi tarixi pilləkəndə görüşümüz” ifadəsini yazıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif səfirin paylaşımına sərt reaksiya verib.

Zərif qəzəblənərək deyib: “2021-ci ilin avqustunun nə 1941-ci ilin, nə də 1943-cü ilin dekabrı olmadığını xatırlatmağa ehtiyac var? İran xalqı nüvə razılaşması danışıqları da daxil olmaqla, heç vaxt xarici səfirliklərin və ya xarici güclərin göstərişinə tabe olmayacağını göstərdi”.

Həmin foto və yazı sosial media istifadəçiləri arasında da reaksiyalara səbəb olub.

Qeyd edək ki, İranın 28 noyabr-1 dekabr 1943 tarixlərində İngiltərə Prezidenti Uinston Çörçill, Sovet İttifaqı dövlət başçısı İosif Stalin və ABŞ Prezidenti Franklin Ruzvelt arasında İranda keçirilən Tehran Konfransına o dövrün İran rəhbərliyi dəvət edilməmişdi.

Həmçinin yoxlayın

Qüds Qüvvələri ilə Hizbullah arasında yüz milyonlarla dollar köçürən şəbəkəyə sanksiya tətbiq edildi

GADTB: ABŞ Dövlət Departamenti açıqlayıb ki, ABŞ Maliyyə Nazirliyi İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələri …

ABŞ Konqresinin üzvü Don Beykon: Müharibənin ən yaxşı sonu İranda xalqının ölkələrini geri almasıdır

GADTB: ABŞ Konqresinin respublikaçı üzvü Don Beykon İran müharibəsinə toxunaraq X platformasında yazıb: «Bu müharibənin …