Xəbərlər

ABŞ və İsrail İrana qarşı hücumların yenidən başlanmasına hazırlaşır

GADTB: Amerikanın “Nyu-York Tayms” qəzeti 25 ordibeheşt cümə günü Yaxın Şərqdən olan iki yüksəkvəzifəli mənbəyə istinadən yazıb ki, ABŞ və İsrail İrana qarşı hücumların yenidən başlanması ehtimalı üçün geniş hazırlıq işləri aparır və bu hücumlar hətta gələn həftənin əvvəlindən başlaya bilər. Adlarının açıqlanmasını istəməyən mənbələrin bildirdiyinə görə, bu hazırlıqlar 19 …

Ətraflı oxu »

Ərdəbil azərbaycanlı gənc SEPAH Kəşfiyyat Təşkilatının əməkdaşları tərəfindən saxlanılıb

GADTB: Ərdəbildə SEPAH Kəşfiyyat Təşkilatı vilayətdə bir vətəndaşın “Mossada görüntü və məlumat göndərərək casusluq etmək” ittihamı ilə saxlanıldığını açıqlayıb. Eyni zamanda həmin şəxsin etiraflarının yer aldığı video da yayımlanıb, lakin videonun hansı şəraitdə çəkildiyi barədə məlumat verilməyib. Məlumata əsasən, özünü “Rza” kimi təqdim edən bu vətəndaş Ərdəbil SEPAH Kəşfiyyat Təşkilatının …

Ətraflı oxu »

Tramp İranın nüvə proqramının 20 illik dayandırılmasına razılaşacağını deyir

GADTB: ABŞ prezidenti Donald Tramp deyib: “İyirmi il kifayətdir. Amma onların təminat səviyyəsinə gəldikdə isə… bu, əsl 20 il olmalıdır”. O,  qeyd edib ki, İran tərəfinin fikrincə, yalnız ABŞ və Çin zənginləşdirilmiş uranı zədələnmiş nüvə obyektlərindən çıxarmaq texnologiyasına malikdir. İran bu əməliyyatı müstəqil şəkildə həyata keçirmək üçün lazımi imkanlara malik …

Ətraflı oxu »

Təbrizdə azərbaycanlı siyasi fəal Həbib Mehri 6 ay həbs cəzasına məhkum edilib

GADTB: Azərbaycanlı siyasi fəal və Təbriz sakini Həbib Mehri Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən “rejim əleyhinə təbliğat aparmaq” ittihamı ilə 6 ay həbs cəzasına məhkum olunub. Məlumata əsasən, Həbib Mehri 1404-cü ilin aban ayında təhlükəsizlik qüvvələrinin Təbrizdə yerləşən evinə basqın etməsindən sonra saxlanılmışdı. Təhlükəsizlik əməkdaşları evdə axtarış apararkən onun …

Ətraflı oxu »

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə “Media Türk TV”-də “Ermənistanda şok hazırlıq – Bu halda Azərbaycanla müharibə başlayır” mövzusunda çıxış edib. Sayın Əjdər bəy Tağızadə həmin proqramda çıxışında həmçinin Ermənistanda Rusiyanın himayəsi ilə Koçaryanın Azərbaycana ərazi iddiası ilə …

Ətraflı oxu »

Molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru Əcəbşirdə həbs edərək Marağa həbsxanasına köçürüb

GADTB: İrqçi fars-molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru fərvərdinin 29-da ona qarşı irəli sürülən ittihamlar və əvvəlki işi ilə bağlı bəzi izahatlar vermək üçün Əcəbşir şəhər məhkəməsinə çağırıb. O, heç bir əlavə izahat verilmədən Əcəbşir İnqilab Məhkəməsinin sədri hakim Məhəmməd Cəbbarinin qərarı ilə həbs olunaraq Marağa həbsxanasına köçürülüb. Qeyd edək …

Ətraflı oxu »

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 48 nəfərin əmlakı müsadirə etdi

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 48 nəfərə məxsus əmlak və maliyyə vəsaitləri müsadirə edilib. Məhkəmə orqanları həmin şəxsləri “düşmənlə əməkdaşlıq”da ittiham edib. Bildirilir ki, bu şəxslərdən 42-si xarici ölkələrdə, qalanları isə İranda yaşayır. Məhkəmə rəsmiləri iddia ediblər ki, sözügedən şəxslər “düşmənlə əməkdaşlıq şəbəkəsi”ndə fəaliyyət göstəriblər və onların …

Ətraflı oxu »

Xarg adasında neft yüklənməsi dayandı; İran ixracatda görünməmiş böhranla üzləşib

GADTB: Artıq səkkizinci gündür ki, Xarg adasından heç bir xam neft yükü daşınmayıb. Bu görünməmiş hadisə İran İslam Respublikasının ən mühüm neft ixrac terminalı üzərində artan təzyiqləri daha da aydın şəkildə ortaya qoyur. Məlumatlara görə, quru anbarlarında neft saxlama tutumu tam dolub və vəziyyətin davam etməsi ixrac zəncirində, eləcə də …

Ətraflı oxu »

ABŞ Kosmik Qüvvələri İranın nüvə proqramı və hərbi fəaliyyətini kosmosdan izləyir

GADTB: ABŞ mediasının yaydığı məlumatlara görə, ABŞ Kosmik Qüvvələri (US Space Force) İran İslam Respublikası ilə informasiya və hərbi qarşıdurmada aktiv rol oynayır və İranın nüvə proqramı ilə hərbi fəaliyyətlərini davamlı olaraq kosmosdan izləyir. Bildirilir ki, 2019-cu ildə Donald Trampın ilk prezidentlik dövründə yaradılan bu qüvvə İranla bağlı əməliyyatlarda, o …

Ətraflı oxu »

Tramp: Vaşinqtonun İrana qarşı səbri məhduddur, Tehran razılaşma üçün addım atmalıdır

GADTB: ABŞ prezidenti Donald Tramp Vaşinqtonun İranla bağlı səbrinin məhdud olduğunu bildirib və Tehranın razılaşmaya nail olmaq üçün addım atmalı olduğunu deyib. ABŞ prezidenti “Fox News” telekanalına müsahibəsində bildirib: “Mən artıq çox səbirli olmayacağam. İran razılaşmalıdır.” Tramp ABŞ-ın İranın zənginləşdirilmiş uran ehtiyatlarını əldə etməyə çalışması ilə bağlı da danışıb. O …

Ətraflı oxu »