Xəbərlər

İsrailin Güney Azərbaycan və İran şəhərlərində İran hədəflərinə hava zərbələri endirdiyi bildirilir

GADTB: Bazar ertəsindən çərşənbə axşamına keçən gecə Güney Azərbaycanın və İranın müxtəlif şəhərlərində güclü partlayış səslərinin eşidildiyi barədə məlumatlar yayılıb. Məlumatlara görə, Təbriz, Urmiya, Tehran, İslamşəhr, İsfahan, Nəcəfabad, Xomeynişəhr, Qürvə və digər yaşayış məntəqələrinin sakinləri səhər saat 04:39–04:45 radələrində ardıcıl partlayış səsləri eşitdiklərini bildiriblər. Şahidlərin sözlərinə görə, bəzi ərazilərdə partlayış …

Ətraflı oxu »

Tramp: Razılaşmaya çox yaxınıq, onlar nüvə silahına sahib olmayacaqlarını qəbul ediblər

GADTB: ABŞ Prezidenti Donald Trump İranla aparılan danışıqlarla bağlı son açıqlamasında tərəflərin razılaşmaya “çox yaxın” olduqlarını bildirib və əsas fikir ayrılıqlarının böyük problem yaratmadığını qeyd edib. Trampın sözlərinə görə, İran nüvə silahına malik olmayacağını qəbul edib. Lakin Vaşinqton yalnız nüvə silahının hazırlanmasının deyil, həm də onun satın alınmasının, əldə edilməsinin …

Ətraflı oxu »

ABŞ İranın dondurulmuş aktivlərini İran tərəfindən hücuma məruz qalan körfəz ölkələrinə verməyi düşünür

GADTB: ABŞ administrasiyası İranın Küveyt və Bəhreynə qarşı son raket və dron hücumlarının vurduğu ziyanın aradan qaldırılması üçün İranın dondurulmuş aktivlərindən istifadə imkanını nəzərdən keçirir. Bununla bağlı, “Reuters” agentliyi xəbər verir. Məlumata əsasən, ABŞ-nin maliyyə naziri Skot Bessent aidiyyəti qurumlara mümkün yenidənqurma xərclərinin qiymətləndirilməsini tapşırıb. Bildirilir ki, müzakirə olunan mexanizm …

Ətraflı oxu »

Abbas Ləsani və Yusif Karinin məhkəməyə aparılması cəhdi nəticəsiz qaldı

GADTB: Azərbaycanlı mədəni fəallar Abbas Ləsani və Yusif Karinin Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsində keçirilən iclasa aparılması üçün göstərilən cəhdlər nəticəsiz qalıb. Məlumata görə, Evin həbsxanasının rəhbərliyi məhkəmə çağırışını aldıqdan sonra 7-ci korpusun karantin bölməsində saxlanılan Abbas Ləsani və Yusif Karinin məhkəməyə aparılması üçün hazırlıq görsə də, hər iki siyasi …

Ətraflı oxu »

Azərbaycanlı fəal Yusif Sələhşurun 1 illik həbs hökmü apellyasiya məhkəməsində qüvvədə saxlanılıb

GADTB: Şərqi Azərbaycan vilayətinin 26 saylı Apellyasiya Məhkəməsi azərbaycanlı türk fəal Yusif SəlƏhşur barəsində çıxarılmış hökmü dəyişdirmədən təsdiqləyib və qərar qəti qüvvəyə minib. Qərara əsasən, Yusif Sələhşur “İran İslam Respublikasının quruluşu əleyhinə təbliğat aparmaq” ittihamı ilə 1 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, ona əlavə cəza kimi 2 il …

Ətraflı oxu »

Molla rejimi azərbaycanlı fəal Fatimə Atəşi Xiyavinin şərti azadlığa buraxılması tələbini rədd etdi

GADTB: Evin həbsxanasında saxlanılan azərbaycanlı fəal Fatimə Atəşi Xiyavinin şərti azadlığa buraxılması ilə bağlı müraciəti rədd edilib. Şəhid Müqəddəsi Hökm İcra Şöbəsi Fatimə Atəşi Xiyavinin müraciətini qəbul etməyib. Beləliklə, o, cəzasının yarıdan çoxunu çəkməsinə baxmayaraq, həbs müddətini Evin həbsxanasında davam etdirəcək. Fatimə Atəşi Xiyavi 1403-cü ilin 5 isfənd tarixində Evin …

Ətraflı oxu »

Molla rejimi Gürcüstanda təsirini genişləndirməyə çalışır

GADTB: İsrailin baş naziri Benyamin Netanyahunun sabiq müşaviri Simon Bulşteyn Gürcüstanda İranla əlaqəli təşkilat və strukturlar şəbəkəsinin fəaliyyət göstərdiyini iddia edib. Bulşteyn «Israel Hayom» qəzetində dərc olunan məqaləsində ABŞ-nin Hudson İnstitutunun araşdırmasına istinad edərək bildirib ki, Tehran dini, təhsil və ictimai təşkilatlar vasitəsilə Gürcüstandakı təsir imkanlarını genişləndirməyə çalışır. Məqalədə analitik …

Ətraflı oxu »

Türkiyənin yeni raketi İsraili qorxuya salıb

GADTB: Türkiyənin İHA-230 raketini əldə etməsi İsraildə böyük ajiotaj yaradıb. İsrailin “Maariv” qəzeti yeni raketin bölgədəki hərbi vəziyyəti dəyişdirə biləcəyini bildirib. Nəşr həmçinin Türkiyənin daha uzaq mənzilli layihələr üzərində işlədiyini də yazıb. Qəzetin təhlilində bildirilib ki, İHA-230 pilotsuz uçuş aparatlarından (PUA) atıla bilən səsdən sürətli raketdir və xüsusi olaraq hücum …

Ətraflı oxu »

Azərbaycanlı siyasi və mədəni fəalların həbs hökmlərinin ləğvi tələbi ilə petisiya yayımlandı

GADTB: Bir qrup mədəni fəalı və sakin tərəfindən yayımlanan petisiyada azərbaycanlı siyasi, vətəndaş və mədəni fəallar barəsində çıxarılmış hökmlərin ləğv edilməsi və bütün azərbaycanlı siyasi və vətəndaş məhbusların azadlığa buraxılması tələb olunub. 1405-ci ilin 13 xordad tarixində yayımlanan petisiyada imzaçılar azərbaycanlı fəalların saxlanılması, mühakimə olunması və onlar haqqında ağır həbs …

Ətraflı oxu »

ABŞ İranla ehtimal edilən razılaşma üçün nüvə ekspertləri qrupu formalaşdırır

GADTB: ABŞ administrasiyası İranla ehtimal edilən nüvə razılaşmasının həyata keçirilməsi üçün texniki hazırlıqlara başlayıb. Axios nəşrinin məlumatına görə, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkpf və Ağ Evin müşaviri Cared Kuşner Tennessi ştatında yerləşən Oak Ridge Milli Laboratoriyasına səfər edərək potensial razılaşmanın icrasında iştirak edə biləcək mütəxəssislərlə görüşüblər. Tramp administrasiyası Tehranla hərbi …

Ətraflı oxu »