Cümə axşamı , Dekabr 5 2024
azfa

Cek Strou Britaniyanın Şimali Kıbrıs Türk Respublikasını tanımağı təklif etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İngiltərə hökumətinin Şimali Kipri dövlət kimi tanıma yolunda addım atması vacibdir.

Bunu İngiltərənin keçmiş xarici işlər naziri Cek Strou deyib.

“Şimali Kipr dövlət kimi bütün kriteriyaları qarşılayır. Ancaq dövlət kimi tanınmır. İngiltərə hökumətinin Şimali Kipri dövlət kimi tanıma yolunda addım atması vacibdir. Və bununla birbaşa aviareyslər da başlatmaq olar. Mənim vaxtımda buna çox yaxınlaşmışdıq. Hətta bunun planı da hazır idi. İngiltərədən Şimali Kiprə birbaşa aviauçuşlar mütləq lazımdır. Çünki burada istirahət edən ingilis turistlər mövcuddur. Əlbəttə ki, Avropa Birliyini (AB) də maraqlandılan mövzular var. Ancaq birbaşa aviareyslərin olması normallaşmanın bir hissəsidir”, – sabiq nazir bildirib.

C.Strou qeyd edib ki, ikibölgəli federal həll axtarışları uğursuz nəticə verir:

“Cənubi Kiprin Şimali Kipri özünə qatmaq istəyi hamıya məlumdur. İkidövlətli həll variantını əvvəlcə ağılda qəbul etmək lazımdır”.

Həmçinin yoxlayın

Urmiya gölünün yanında qədim dəmir istehsalı mərkəzi tapıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya gölünün cənubunda ilk dəfə olaraq “Vesta Şeyx” …

Qərbi Azərbaycan əyalətinə yeni vali təyin edildi

İran hökumətinin sözçüsü Fatimə Mühaciraninin açıqlamasına əsasən, Nazirlər Kabinetinin bugünkü iclasında Rza Rəhmani Qərbi Azərbaycanın …