Cümə , Sentyabr 18 2026
azfa

Zərğami Azərbaycan türkcəsində telekanalın açılmasına paniranistlərin mane olduğuna etiraf edib

GADTB: İran Dövlət Teleradio Təşkilatının keçmiş rəhbəri ölkədə Azərbaycan türkcəsində telekanalın açılmasına paniranistlərin mane olduğuna etiraf edib.

İranda azərbaycanlıların xeyrinə olan istənilən layihənin icrasına paniranistlər hər vəchlə əngəl törədirlər.

İzzətullah Zərğami deyir: “Telekanallar rəqəmsallaşdıqdan sonra əyalət kanallarından başqa bütün ölkəyə yayımlanan stansiyada yayımına başlamaq istədiyimiz kanallardan biri Azrbaycan dilində idi. Çünki ölkədə 20 milyondan çox türk və azərbaycanlı yaşayır.

Bir qrup şəxs məndən ali rəhbərə  şikayət edirdi. Deyirdilər ki, Zərğami fars dilini təhlükəyə atmaq istəyir və milli televiziyada türkdilli kanal açmağa can atır.

Mən ali rəhbərlə görüşdüm.

O, dedi: “Mənim müəyyən bir qrupun etiraz etdiyi məlum məsələyə nə müsbət, nə də mənfi münasibətim var. Amma siz iki nəfərlə – Mirhüseyn Musəvi və Əbdüləlizadə ilə məsləhətləşin! Onların hər ikisi ilə danışdım. Dedim ki, Azərbaycan dilində kanal açmaq istəyirik, siz də türksünüz. Şərtləri də izah etdim.

Çox uzun çəkəcəyini güman edirdim. Hər ikisi dedi ki, əladır. Açın!

Ali Milli Təhlükəsizlik Şurasının katibliyindən məsələ ilə bağlı soruşmaqla səhv etdim. Katiblikdən bildirdilər ki, iclas keçirilsin. Keçirildi. Hamısı dedi: Əla fikirdir”.

Neçə dəfə mənə dedilər, əladır.

Bildirdim ki, qərar qüvvəyə minsin.

Dedilər: “Gələn həftə”.

Gələn həftə oldu 2 həftə sonra.

6 ay götür-qoy etdilər. Düz 6 ay.

Mən də ali rəhbərə məktub yazdım ki, bunlar o qədər süründürdülər ki, mən daha fikrimdən daşındım və bu potensialı başqa ixtisaslaşmış telekanalda həyata keçirərəm. Bununla belə, Azərbaycan əyalətlərində türk dilində yayımlanan 4 kanal açmışıq”./ Azad İran

https://t.me/GADTB1/38961

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …