Cümə , Dekabr 27 2024
azfa

Ceyhun Bayramov İrandakı Azərbaycan səfirliyindən danışdı

GADTB: İranda səfirliyimizin bağlanmasının konkret səbəbləri var. Bu, hücum və təhlükəsizliklə bağlıdır. İnsanların həyat və təhlükəsizliyinə ciddi risk vardı.

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nazirliyin ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İran tərəfi ilə bu məsələ daim müzakirə mövzusudur:

“Gözləntimiz bundan sonra odur ki, bu cinayəti törədən şəxs cəzalandırılmalı və səfirliyimizin təhlükəsizliyinə tam təminat verilməlidir. Nəticələrdən asılı olaraq qərar qəbul ediləcək. Müsbət həll olarsa, səfirliyimizin bərpası mümkündür”.

Həmçinin yoxlayın

Azərbaycan parlament dünya azərbaycanlılarına müraciət edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Məclisi Dünya azərbaycanlılarına müraciət ünvanlayacaq. Bu, …

Türkiyəli investor: “Güney Azərbaycanın müstəqilliyi yaxınlaşır”

GADTB: Türkiyənin tanınmış iş adamı, “Martı” brendinin sahibi Oğuz Alper Ötkəm dünən “X” hesabında paylaşım …