Şənbə , Noyabr 14 2026
azfa

Çikaqo meri avqust ayını “Türk Mədəni İrsi Ayı” elan edib

GADTB: Çikaqo şəhərinin meri Brandon Conson Türkiyə-Amerika icmasının şəhərin mədəni, ictimai və iqtisadi həyatına verdiyi genişmiqyaslı töhfələrə görə avqust ayını rəsmi olaraq “Türk İrsi Ayı” elan edib.

Rəsmi bəyanat Türkiyə Festivalı Mədəni İrs Konqres Komitəsinin sədri Halil Demirə təqdim olunub. Bu qərar türk irsi və mədəniyyətinin Çikaqoda və ondan kənarda getdikcə artan təsirinin tanınması çərçivəsində qəbul edilib.

Bəyanatda türk mədəniyyəti, tarixi, ənənələri, mətbəxi, musiqisi və cəmiyyətə yönəlmiş xidmətlərinin qeyd olunmasının vacibliyi diqqətə çatdırılıb.

Bundan başqa, icmaları bir araya gətirən, həmçinin dostluğu və mədəniyyətlərarası anlaşmanı təşviq edən tədbirlərin mədəni əhəmiyyəti vurğulanıb.

Halil Demir bəyanatı Türkiyə Festivalı Komitəsi adından qəbul edib. O, qəbul edilən bu dərin mənalı qərara görə, mer Brandon Consona və Çikaqo şəhərinə təşəkkürünü bildirib.

Türkiyə Festivalı Komitəsi bu qərarın qürurverici bir hadisə olduğunu qeyd edib. Komitə rəsmiləri bu addımın Türkiyə ilə Amerika Birləşmiş Ştatları arasındakı mədəni əlaqələrin gücləndirilməsi istiqamətində mühüm bir mərhələ təşkil etdiyini vurğulayıblar.

Həmçinin yoxlayın

Mossad rəhbəri İran rejimi ilə müharibə məsələsini müzakirə etmək üçün Vaşinqtona gedib

GADTB: Mossad rəhbəri Roman Qofman cümə günü İran rejimi ilə müharibə barədə ABŞ-ın yüksək vəzifəli …

Rubio: İran nüvə silahı hazırlamaq üçün bütün işləri görür və nüvə silaahı istəmədiyini iddia edir

GADTB: ABŞ-ın dövlət katibi Marko Rubio İran İslam Respublikası rejiminin nüvə silahı əldə etməyə çalışdığını …