Cümə axşamı , Noyabr 19 2026
azfa

ABŞ və İran Dohada birbaşa hərbi rabitə kanalı barədə razılığa gəliblər

GADTB: ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib ki, İsveçrədəki danışıqların əsas nəticələrindən biri gələcəkdə eskalasiyanın qarşısını almaq üçün ABŞ ilə İslam Respublikası arasında birbaşa hərbi rabitə kanalının yaradılmasına dair ilkin razılıq olub.

“Danışıqlarda məqsədlərimizdən biri gərginliyi azaltmaq üçün rabitə kanalının yaradılması idi”, — deyə Vens qeyd edib.

Onun sözlərinə görə, İran tərəfi bu təkliflə razılaşıb.

“Onlar dedilər: Yaxşı, biz SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) bir nümayəndəsini Dohaya göndərəcəyik ki, o, CENTCOM nümayəndəsinin yanında olsun. Beləliklə, biz bir çox ixtilafları tənzimləyə biləcəyik”, — deyə o əlavə edib.

Həmçinin yoxlayın

GADTB-dən Güney Azərbaycan Milli Məşvərət Şurasına (SANCC) dəvətlə bağlı təşəkkür məktubu

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Güney Azərbaycan Milli Məşvərət Şurasına (SANCC) dəvətlə bağlı …

Zəncanda ustad aşıq “Müslüm Əsgəri”nin vəfatının birinci ildönümü münasibətilə “El Aşığı” mərasimi keçiriləcək

GADTB: Zəncanın “İşraq” Ədəbi Birliyi ustad aşıq Müslüm Əsgərinin vəfatının birinci ildönümü münasibətilə “El Aşığı” …