Cümə , Dekabr 27 2024
azfa

Çin bir milyon Uyğur türkünün düşərgələrdə işgəncə edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT Çin dövlətinin bu ölkə Şərqi Türküstanın uyğur türkləri barədəki siyasətləri haqda xəbərdarlıq edib.

BMT bir bəyanatda Çin dövlətinin bu ölkə Uyğur türkləri ilə rəftar üzrə siyasətləri barədə nigarançılıq edərək, bildirib ki, Pekin terrorizmlə mübarizə bəhanəsilə bir mərkəz yaradıb və bir milyon uyğur türkünü oraya köçürür.

Birləşmiş Millətlər Təşkilatının irq ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komissiyasına əsasən, etibarlı təşkilatlar, Çin tərəfindən muxtar Uyğur bölgəsinin (Şərqi Türküstanın) nəhəng bir nəzarət düşərgəsinə çevrildiyini söyləyir.

BMT bu bəyanatda Çinin şimal-qərbindəki Uyğur türklərini tez bir zamanda bu düşərgələrdən azad edilmələrini istəyib.

Çin dövlətinin müsəlmansakinli məntəqələrdə, xüsusən bu ölkənin şimal-qərbindəki rəftar və siyasətləri son illərdə bir çox reaksiyalarla üzləşibdir.

Uyğur türkləri Çinin şimal-qərb sakinləri olaraq, mərkəzi, Urumçi olan Sintszyan-Uyğur Muxtar Rayonunda (Şərqi Türküstanda) yaşayırlar.

 

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …

Bir cavab yazın