Çin toplama düşərgələrinin izini itirmək üçün uyğur türklərini gizlicə naməlum yerə köçürür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir müddət öncə beynəlxalq media Şərqi Türküstanda Çin tərəfindən uyğur türklərinin naməlum yerlərə gizlicə daşınması barədə məlumat yayılmışdır. Yenicə əldə edilən məlumatların isə çox narahatlıq verici olduğu bildirilir.

Məlumata görə, Çin dövləti uyğur türklərini ümumiyyətlə Şərqi Türküstandan köçürüb Şanxi, İç Monqolustan, və digər əyalətlərə daşımaqdadır.

Çin Hökuməti Uyğurları ölkə daxilində dağıdaraq, həbs olunan həqiqi insan sayını ört-basdır etmək və həqiqəti xarici dünyadan gizlətməyə çalışır.

İçəridəki mənbələrdən alınan məlumata görə, hökumət rəsmiləri məhkumların nəql prosesini gizlətmək üçün radikal tədbirlər görüb. Uyğurları ölkə böyü dağıdıb məhv etmək prosesinin isə bu il sentyabr ayından başladığı bildilir.

Uyğurları daşıyan avtobusların gövdəsi xüsusi işarə ilə örtülmüş və hər şey gizli saxlanılır. Adını açıqlamaq istəməyən bir həbsxana nəzarətçisi, məhbusların yeni həbsxanaya gecələr gəldiklərini və harada olduqlarını bilmələrinin çətinləşdirildiyini deyib. Uyğurlar gəlməzdən əvvəl, həbsxananın lövhələri qaldırıldı və yer adına aid olan bütün daxili məlumatlar da qaldırıldı. Nəzarətindəki uyğurlar özlərinin harada olduqlarını bilmirlər, onların qohumları da bu barədə məlumat əldə etmək imkanından məhrum edilib.

Həmçinin yoxlayın

Prezident İlham Əliyev İranın Naxçıvana hücumi ilə bağlı təcili iclas keçirdi

GADTB: Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 5-də Təhlükəsizlik Şurasının iclası keçirilib. Dövlət başçısı …

İran Xarici İşlər Nazirliyi Azərbaycanı dost ölkə adlandırır Sepah hədələyir

GADTB: İran PUA-larının Naxçıvan beynəlxalq Hava Limanı və Naxçıvanda orta məktəbə hücumuna İrandan fərqli münasibət …

Bir cavab yazın