Çərşənbə , Oktyabr 28 2026
azfa

Çin uyğur türklərini məhv etmək üçün islam dinini çinliləşdirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şərqi Türküstanda müsəlman türklərə qarşı təzyiqlər son illərdə daha da artıb.

Çin höküməti müsəlman türkləri məhv etmək məqsədilə digər qeyri-insani addımlarla yanaşı İslamı “çinliləşdirməyə” çalışan qanun layihəsi qəbul edib.

Sözügedən qanun İslam dinini sosializm ilə uyğunlaşdırmağı tələb edir. Ölkədə 8 islam təşkilatının nümayəndələrinin də iştirak etdiyi iclasda “Çin rejiminə uyğun İslam” layihəsinin olduğu 5 illik plan qəbul edilib.

“GlobaL Times” qəzetinə danışan çinli səlahiyyətli sözügedən planın sadəcə İslam dini ilə məhdudlaşmadığını deyib.

Çin mətbuatına görə həmin iclasda qəbul edilən plan İslam dinini “çinliləşdirməyi” və beləliklə ölkədəki dinləri nəzarətdə saxlamağı nəzərdə tutur. Bəzi hökümət üzvləri əvvəlcə verdikləri açıqlamalarda dinin sağaldılmalı olan psixi problem olduğunu bildirib.

Qeyd edək ki, Çində, xüsusilə uyğurların çox olduğu Şərqi Türküstanda müsəlmanlara qarşı təzyiqlər son illərdə daha da artıb.

“Euronews Türkçe”yə danışan Dünya Uyğur Konqresinin rəhbəri İsa Dolkun Çinin düşərgələrə apardığı müsəlmanların sayının 3 milyona çatdığını deyib.

Ölkənin bəzi yerlərində namaz qılmaq, oruc tutmaq kimi İslami şərtləri yerinə yetirmək qadağan olunub, tutulanlar isə həbs olunur.

 

Həmçinin yoxlayın

Ermənistan parlamenti ABŞ-la TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

GADTB: Ermənistan parlamenti “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq …

Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədim Evin zindanının 209-cu bölməsinə köçürülüb

GADTB: Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədimə qarşı təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqlərinin davam …

Bir cavab yazın